Xəbərlər

05/02/2008

ƏSF yarandığı gündən fonda daxil olan məbləğ 4 milyona yaxındır

Əmanətlərin Sığortalanması Fondu IV rübün təqvim haqlarının toplanmasını başa çatdırıb.

11/01/2008

2008-ci ildən sığortalanmış əmanətlərin məbləğı artır

Əmanətlərin Sığortalanması Fondu 2008-ci il yanvar ayının 1-dən banklardakı əmanətləri 6 min manat ekvavalenti məbləğində sığortalayır. 2010-cu ildən isə bu məbləğ 8 min manata çatacaq.

11/01/2008

Əmanətlərin Sığortalanması Fondunun internet saytı istifadəyə verilib

Əmanətlərin Sığortalanması Fondunun internet saytı istifadəyə verilib.

05/12/2007

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sayı artır

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına “Bank Avrasiya” və “Paşa Bank” Açıq Səhmdar Cəmiyyətləri də qoşulub

31/10/2007

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ilk təqvim haqlarını toplayıb

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan ilk təqvim haqlarını toplayıb. Təqvim haqları 601 916 AZN, 1 002 170 ABŞ dolları, 73 068 avro təşkil edir. Fonda köçürülən təqvim haqlarının cəmi 1 547 253 AZN-dir.

29/10/2007

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sayı 35-ə çatıb

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına “Günay Bank” Açıq tipli Səhmdar Bankı da qoşulub.