Xəbərlər

2008-ci ildən sığortalanmış əmanətlərin məbləğı artır

11 Yan 2008

Əmanətlərin Sığortalanması Fondu 2008-ci il yanvar ayının 1-dən banklardakı əmanətləri 6 min manat ekvavalenti məbləğində sığortalayır. 2010-cu ildən isə bu məbləğ 8 min manata çatacaq.

Xatırladaq ki, fond 2007-ci il avqustun 13-də fəaliyyətə başlayarkən bu məbləğ 4 min manat olub.

Qeyd edək ki, əmanətçilər  əmanətlərinin  sığortalanması  üçün heç bir ödəniş etmirlər. Sığorta haqlarını yalnız banklar ödəyir.

Bu günə kimi 37 bank fonda üzv olub. Bu bankların fonda ödədiyi birdəfəlik üzvlük haqqı 10 min manatdır.