Satınalma
KOTİROVKA SORĞUSU
23.06.2018
Əmanətlərin Sığortalanması Fondu ləğvetməsində olan “Dəmirbank” ASC-in server avanlıqlarının daşınması və avadanlıqların yeni ünvanda quraşdırılmasına dair kotirovka sorğusu elan edir.
Təkliflər 13 iyul 2018-ci il saat 12:00-dək qəbul olunur.
Təklif zərfləri 13 iyul 2018-ci il saat 16:00-da açılacaqdır.
Əlaqələndirici şəxs: Zeynalov Rafail, telefon: (+994 12) 941 dax. 3009, mob: 0503176010
Ünvan: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 16
Kotirovka sorğusunda iştirak etmək istəyən şirkətlər aşağıdakı linkdən şərtlər toplusu ilə tanış ola bilərlər.
KOTİROVKA SORĞUSU - LPO Demirbank
Kotirovka-LPO Demirbank şərtlərə dair tələblər Əlavə1
Malgonderenin-Xidmetgosterenin Kotirovka teklifi-LPO Demirbank
ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU
AÇIQ TENDERƏ DƏVƏT EDİR
03.05.2018
Əmanətlərin Sığortalanması Fondu mərkəzləşdirilmiş informasiya sistemlərinin (bundan sonra -FMİST) təkmilləşdirilməsi və avtomatlaşdırılmış maliyyə əməliyyatları sisteminin qurulmasına dair tətbiqi proqram təminatları, avadanlıqlar, standart proqram təminatları və sistem proqram təminatlarının satın alınmasına dair açıq tender elan edir.
İddiaçılar tenderdə iştirak haqqı kimi Əmanətlərin Sığortalanması Fondunun aşağıda qeyd olunan hesabına 300 (üç yüz) manat vəsaitin köçürdüyü barədə bank arayışını təqdim edərək Əsas şərtlər toplusunu əldə edə bilər.
Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında və ya Avroda göstərilmiş valyuta hesablarına ödəyə bilərlər:
Əlaqələndirici şəxs: Anar Haqverdiyev
Telefon: 941 (daxili 3002), Mob : 994503720396,
elektron poçt ünvanı: anar.haqverdiyev@adif.az.
Ünvan: Əmanətlərin Sığortalanması Fondu, AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16
ƏSF, VÖEN: 1700773271
Mərkəzi Bank, VÖEN: 9900071001
SWIFT.BIK: NABZAZ2C ( AZN )
SWIFT.BIK: NABZAZ2X ( valyuta )
Kod: 501004
Müxbir hesab AZN : AZ74 NABZ 01451700000000001944
Müxbir hesab USD : AZ32 NABZ 01452800000000007840
Müxbir hesab EUR: AZ97 NABZ 01452800000000003954
Hesablaşma hesab AZN : AZ86 NABZ 01360450000000007944
Hesablaşma hesab USD: AZ08 NABZ 01360550000000007840
Hesablaşma hesab EUR : AZ34 NABZ 01360550000000007954
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:
- tenderdə iştirak üçün yazılı müraciət;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada);
- son 1 (bir) il üzrə maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);
- müvafiq sahədə son üç ildə həyata keçirdiyi layihələr haqqında müfəssəl məlumat.
- iddiaçının təklif olunan əməliyyat sistemləri və ya standart proqram təminatı üzrə sertifikatlı mütəxəssislərinin olmasını təsdiq edən sənədlər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 İyun 2018-ci il 18:00 tarixinə qədər, tender təklifini və bank təminatını isə 27 İyun 2018-ci il saat 18:00 tarixinə qədər möhürlənmiş, imzalanmış, ikiqat zərfdə Əmanətlərin Sığortalanması Fondunun (AZ 1025) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.
İddiaçıların tender təklifləri 28 İyun tarixində saat 15:00-da Azərbaycan Respublikası Əmanətlərin Sığortalanmsı Fondunun inzibati binasında (Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16) açılacaqdır.
Tender komissiyası
ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU TİBBİ SIĞORTA İLƏ BAĞLI YENİ KOTİROVKA SORĞUSU ELAN EDİR
10.04.2018
Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Fondun əməkdaşlarının tibbi sığortası ilə əlaqədar 28 mart 2018-ci il tarixdə keçirilən kotirovka sorğusu baş tutmayıb.
Bununla əlaqədar Əmanətlərin Sığortalanması Fondu əməkdaşlarının tibbi sığortalanmasının satınalması üçün yeni kotirovka sorğusu elan edir.
Təkliflər 25 aprel 2018-ci il saat 15:00-dək qəbul olunur.
Təklif zərfləri 25 aprel 2018-ci il saat 17:00-da açılacaqdır.
Əlaqələndirici şəxs: Dəyanət Vəliməmmədli tel: 051-510-24-94
Ünvan: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 16
Kotirovka sorğusunda iştirak etmək istəyən şirkətlər aşağıdakı linkdən şərtlər toplusu ilə tanış ola bilərlər.
Kotirovka Sorğusuna Əlavə 1_Tibbi sigorta_2012
Kotirovka teklifinin və xidmetlerin qiymet cedvelinin Formasi
KOTİROVKA SORĞUSU
Ləğv prosesində olan bankların Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arxiv sənədlərinin saxlanılması üçün stellajların satınalması üçün kotirovka elan edirik.
Təkliflər 14 sentyabr 2017-ci il saat 17:00-dək qəbul olunur.
Təklif zərfləri 15 sentyabr 2017-ci il saat 11:00-da açılacaqdır.
Əlaqələndirici şəxs: Afaq Əliyeva tel: 055-409-92-29
Ünvan: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 16