Xəbərlər

ƏSF yarandığı gündən fonda daxil olan məbləğ 4 milyona yaxındır

5 Fev 2008

Əmanətlərin Sığortalanması Fondu  IV rübün  təqvim  haqlarının  toplanmasını başa çatdırıb. Təqvim   haqları  665  min  800 AZN,  1 mln. 62 min  367  ABŞ dolları, 112  min 454  avro  təşkil  edib. Bu isə III rüblə müqayisədə  milli valyutada  olan məbləğdə  9%, ABŞ dollarında 4,5%, avroda olan məbləğdə  isə 47,6%  artıqdır. İştirakçı bankların ƏSF-nin reyestrinə daxil olarkən ödədikləri birdəfəlik üzvlük haqları ilə bərabər bütün daxil olan məbləğ  3 mln. 640 min 381 AZN təşkil edir.

Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri III rübdə 1 mlrd. 203 mln. 490 min AZN, IV rübdə isə 1mlrd. 327 mln. 349 min AZN-dir. Qorunmayan  əmanətlər III rübdə 158 mln. 442 min AZN, IV rübdə isə 192 mln. 418 min AZN-dir. Qorunan əmanətlərin cəmi isə III rübdə 1mlrd. 45 mln. 48 min AZN, IV rübdə 1 mlrd. 134 mln. 931 min AZN təşkil edir. III rübə nisbətən IV rübdə fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 10%, qorunmayan əmanətləri 21%, qorunan əmanətləri isə  9% artıb.

Qorunan əmanətçilərin sayı üzv banklarda III rübdə 1 mln.15 min 33 nəfər olub. Bu gün isə 1mln. 85 min 572 nəfərin əmanəti qorunur. III rübə nisbətən qorunan əmanətçilərin sayı 7% artıb.