Əmanətlərin Sığortalanması Fondunun "Qafqaz İnkişaf Bankı" ASC-nin ləğvedicisi təyin olunması barədə ELAN
16.08.2016
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin
16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı Qərardadı ilə “Qafqaz İnkişaf
Bankı”ASC və “Atrabank” ASC müflis elan olunmuş və Əmanətlərin Sığortalanması
Fondu 16.08.2016-cı il tarixdən qeyd edilən bankların Ləğvedicisi kimi
fəaliyyətə başlamışdır.
Fondun
ünvanı:
Bakı
şəhəri, Bül-Bül prospekti 40
4-cü
mərtəbə
Əlaqə
nömrələri:
(012) 596 65 91/92/93 və“941”
nömrəli qaynar xətt
Ləğv prosesində olan “Qafqaz İnkişaf
Bankı” ASC -nin ləğvedicisi tərəfindən bank qarşısında borc öhdəliyi olan
fiziki və hüquqi şəxslərə BİLDİRİŞ
25.08.2016
Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası
Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 saylı
qərarı ilə “Qafqaz İnkişaf Bankı”ASC-yə bank əməliyyatlarının aparılması üçün
verilmiş lisenziya ləğv edilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsi 11
avqust 2016-cı tarixli, 2-1(102)-1471/2016 saylı qərarı ilə Bakı
Apellyasiya Məhkəməsinin 10.05.2016-cı il tarixli qərarını dəyişdirilmədən
saxlamış və “Qafqaz İnkişaf Bankı” ASC müflis elan edilərək bank
barəsində iflas proseduruna başlanılmış, eləcə də 1 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2-1(81)1594/2016
saylı Qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan
“Qafqaz İnkişaf Bankı”ASC-yə ləğvedici təyin olunmuşdur.
Bununla əlaqədar olaraq, ləğvedici müflis elan edilmiş Bank
qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir
ki, Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 72- ci
maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil
etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Bundan
başqa bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması
dayandırılsa da, bankın aktivlərinə faizlərin və digər haqların
hesablanması dayandırılmır.
Ləğv prosesində olan “Qafqaz
İnkişaf Bankı” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata
keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə
tutulmuş qaydada tədbirlər görüləcəkdir. Bankın müflis elan olunması borclu
şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə
bilərlər.
Bakı şəhəri, Bül-Bül prospekti 40
4-cü mərtəbə Əlaqə nömrələri: ( 994 12) 596 65 91/92/93
Qaynar xətt: 941
Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin ləğvedicisi tərəfindən
tələblərin qeydə alınması baradə ELAN
25.08.2016
Nəzərinizə
çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin
27 yanvar 2016-cı il tarixli, 07/1 saylı qərarı ilə “Qafqaz İnkişaf
Bankı”ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv
edilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsi 11 avqust 2016-cı
tarixli, 2-1(102)-1471/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin
10.05.2016-cı il tarixli qərarını dəyişdirilmədən saxlamış və “Qafqaz
İnkişaf Bankı” ASC müflis elan edilərək bank barəsində iflas proseduruna
başlanılmış, eləcə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust
2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı Qərardadı ilə Əmanətlərin
Sığortalanması Fondu ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı”ASC-yə
ləğvedici təyin olunmuşdur.
Bununla
əlaqədar olaraq müflis elan edilmiş Banka
qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində Ləğvedici
tərəfindən yazılı şəkildə qeydə alınacaqdır.
Tələblərin
qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən
sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
–
kreditorun adı ünvanı;
– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Kreditorlardan
xahiş olunur ki, bu elanın dərcindən 60 gün ərzində bankın
ləğvedicisinə müraciət etsinlər.
Əlavə
məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.
Bakı
şəhəri, Bül-Bül prospekti 40
4-cü
mərtəbə
Əlaqə nömrələri: ( 994 12) 596 65
91/92/93 Qaynar xətt: 941
Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC -nin ləğvedicisi Əmanətlərin
Sığortalanması Fondu tərəfindən BİLDİRİŞ
24.11.2016
Azərbaycan
Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il
tarixli 2-1(81)-1594/2016 saylı Qərardadı ilə “Qafqaz İnkişaf Bankı”ASC müflis
elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu 16.08.2016-cı il tarixdən qeyd
edilən bankın Ləğvedicisi kimi fəaliyyətə başlamışdır.
Ləğvedici
tərəfindən Müflis elan edilmiş banka qarşı kreditor tələblərin qeydiyyatına
başlanma barədə 25 avqust 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması
Fondunun rəsmi internet səhifəsində, APA informasiya agentliyinin http://az.apa.az/ saytında və digər KİV-lərdə, 27
avqust 2016-cı il tarixdə Xalq qəzetində elan yerləşdirilmişdir.
“Banklar
haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə uyğun olaraq,
ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim
etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin
kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü
ərzində yazılı şəkildə qeydə alır.
Əmanətlərin
Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı”
ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 27 avqust 2016-cı il
tarixdən başlanılmış və 27 oktyabr 2016-cı il tarixində başa çatdırılmışdır. Bu
tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri
ləğvedici tərəfindən qeydə alınmayacaqdır.
Ləğv prosesində olan “Qafqaz İnkişaf
Bankı” ASC-nin Kreditorlar Komitəsinin yaradılması barədə məlumat
08.05.2017
Azərbaycan
Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli,
07/1 saylı qərarı ilə “Qafqaz İnkişaf Bankı” ASC-yə bank əməliyyatlarının
aparılması üçün verilmiş 07.04.1997-ci il tarixli, 242 nömrəli lisenziya ləğv
edilmişdir.
Azərbaycan Respublikasının Ali Məhkəməsi 11 avqust
2016-cı tarixli, 2-1(102)-1471/2016 saylı qərarı ilə “Qafqaz
İnkişaf Bankı” ASC müflis elan edilərək bank barəsində iflas proseduruna
başlanılmışdır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsinə əsasən 1
saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli,
2-1(81)1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu “Qafqaz
İnkişaf Bankı” ASC-yə ləğvedici təyin olunmuşdur.
Bankın müflis elan olunması ilə bağlı ləğvedici tərəfindən
kütləvi informasiya vasitələrində 7 təqvim günü ara verməklə 3 dəfə məlumat
dərc edilmişdir.
Ləğvetmə prosesində kreditorların maraqlarının təmsil
edilməsi və bankın səmərəli ləğvinin təmin edilməsi məqsədi ilə kreditorlar
komitəsinin yaradılması zərurəti yaranmışdır.
Bununla əlaqədar “Banklar haqqında” Qanunun 86.1-ci
maddəsinin tələblərinə uyğun olaraq, kreditorlar komitəsinin yaradılması
təşəbbüsünün dəstəklənməsi üçün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına
Nəzarət Palatasına müraciət olunmuş və Palata tərəfindən müsbət cavab
alınmışdır.
19.01.2017-cı il tarixdə ləğv prosesində olan “Qafqaz
İnkişaf Bankı” ASC-nin Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə 1
saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, 07.03.2017-cı il
tarixdə isə müvafiq sorğu məhkəmə tərəfindən təsdiq edilmişdir.
Məhkəmənin qərarı rəhbər tutularaq ləğvedici tərəfindən
komitənin tərkibinin formalaşdırılması üçün bankın kreditorlarına artıq dəvət
məktubları da göndərilmişdir.
Göstərilənlərlə əlaqədar bildiririk ki, 16.05.2017-cı il
tarixdə “Qafqaz İnkişaf Bankı” ASC-nin ləğvi ilə bağlı Kreditorlar Komitəsinin
iclasının keçirilməsi nəzərdə tutulur.
Kreditorlar Komitəsinin iclası saat 15:00-da Əmanətlərin
Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən
inzibatı binasında keçiriləcəkdir. Müvafiq dəvət məktublarını və bildirişləri
almış şəxslərdən Kreditorlar Komitəsinin iclasında səxsən və ya səlahiyyətli
nümayəndəsi vasitəsilə iştirak olunması xahiş olunur.