Satınalma

KOTİROVKA SORĞUSU

23.06.2018

Əmanətlərin Sığortalanması Fondu ləğvetməsində olan “Dəmirbank” ASC-in server avanlıqlarının daşınması və avadanlıqların yeni ünvanda quraşdırılmasına dair kotirovka sorğusu elan edir.

Təkliflər 13 iyul 2018-ci il saat 12:00-dək qəbul olunur.

Təklif zərfləri 13 iyul 2018-ci il saat 16:00-da açılacaqdır.

Əlaqələndirici şəxs: Zeynalov Rafail, telefon: (+994 12) 941 dax. 3009, mob: 0503176010

Ünvan: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 16

Kotirovka sorğusunda iştirak etmək istəyən şirkətlər aşağıdakı linkdən şərtlər toplusu ilə tanış ola bilərlər.


KOTİROVKA SORĞUSU - LPO Demirbank

Kotirovka-LPO Demirbank şərtlərə dair tələblər Əlavə1

Malgonderenin-Xidmetgosterenin Kotirovka teklifi-LPO Demirbank



ƏMANƏTLƏRİN  SIĞORTALANMASI FONDU

AÇIQ TENDERƏ DƏVƏT  EDİR


      03.05.2018

Əmanətlərin Sığortalanması Fondu mərkəzləşdirilmiş informasiya sistemlərinin (bundan sonra -FMİST) təkmilləşdirilməsi və avtomatlaşdırılmış maliyyə əməliyyatları sisteminin qurulmasına dair tətbiqi proqram təminatları, avadanlıqlar, standart proqram təminatları və sistem proqram təminatlarının satın alınmasına dair açıq tender elan edir.

İddiaçılar tenderdə iştirak haqqı kimi Əmanətlərin Sığortalanması Fondunun aşağıda qeyd olunan hesabına 300 (üç yüz) manat vəsaitin köçürdüyü barədə bank arayışını  təqdim edərək Əsas şərtlər toplusunu əldə edə bilər.

Xarici iddiaçılar iştirak haqqını ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə ABŞ dollarında və ya Avroda  göstərilmiş valyuta hesablarına ödəyə bilərlər:

 

Əlaqələndirici şəxs: Anar Haqverdiyev

Telefon: 941 (daxili 3002),  Mob : 994503720396,

elektron poçt ünvanı: anar.haqverdiyev@adif.az.

Ünvan: Əmanətlərin Sığortalanması Fondu, AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 

ƏSF, VÖEN:                     1700773271

Mərkəzi Bank, VÖEN:   9900071001

SWIFT.BIK:                     NABZAZ2C ( AZN )

SWIFT.BIK:                     NABZAZ2X ( valyuta )

Kod:                                   501004

Müxbir hesab AZN  :            AZ74 NABZ 01451700000000001944

Müxbir hesab USD   :           AZ32 NABZ 01452800000000007840

Müxbir hesab EUR:             AZ97 NABZ 01452800000000003954

Hesablaşma hesab AZN :     AZ86 NABZ 01360450000000007944 

Hesablaşma hesab USD:       AZ08 NABZ 01360550000000007840

Hesablaşma hesab EUR :     AZ34 NABZ 01360550000000007954

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

-          tenderdə iştirak üçün yazılı müraciət;

-          iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

-          tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;

-          tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada);

-          son 1 (bir) il üzrə maliyyə vəziyyəti barədə bank arayışı;

-          Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

-          müvafiq sahədə son üç ildə həyata keçirdiyi layihələr haqqında müfəssəl məlumat.

-          iddiaçının təklif olunan əməliyyat sistemləri və ya standart proqram təminatı üzrə sertifikatlı mütəxəssislərinin olmasını təsdiq edən sənədlər.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 İyun 2018-ci il 18:00 tarixinə qədər, tender təklifini və bank təminatını isə 27 İyun 2018-ci il saat 18:00 tarixinə qədər möhürlənmiş, imzalanmış, ikiqat zərfdə Əmanətlərin Sığortalanması Fondunun (AZ 1025) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaqdır.

İddiaçıların tender təklifləri 28 İyun tarixində saat 15:00-da Azərbaycan Respublikası Əmanətlərin Sığortalanmsı Fondunun inzibati binasında (Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16)  açılacaqdır.

            Tender komissiyası



ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU TİBBİ SIĞORTA İLƏ BAĞLI YENİ KOTİROVKA SORĞUSU ELAN EDİR

10.04.2018

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Fondun əməkdaşlarının tibbi sığortası ilə əlaqədar 28 mart 2018-ci il tarixdə keçirilən kotirovka sorğusu baş tutmayıb.

Bununla əlaqədar Əmanətlərin Sığortalanması Fondu əməkdaşlarının tibbi sığortalanmasının satınalması üçün yeni kotirovka sorğusu elan edir. 

Təkliflər 25 aprel 2018-ci il saat 15:00-dək qəbul olunur.          

Təklif zərfləri 25 aprel 2018-ci il saat 17:00-da açılacaqdır.

Əlaqələndirici şəxs: Dəyanət Vəliməmmədli tel: 051-510-24-94

Ünvan: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 16

Kotirovka sorğusunda iştirak etmək istəyən şirkətlər aşağıdakı linkdən şərtlər toplusu ilə tanış ola bilərlər.

Kotirovka Sorğusuna  Əlavə 1_Tibbi sigorta_2012

Kotirovka teklifinin və xidmetlerin qiymet cedvelinin Formasi

KOTİROVKA SORĞUSU


Ləğv prosesində olan bankların Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arxiv sənədlərinin saxlanılması üçün stellajların satınalması üçün kotirovka elan edirik.

Təkliflər 14 sentyabr 2017-ci il saat 17:00-dək qəbul olunur.          

Təklif zərfləri 15 sentyabr 2017-ci il saat 11:00-da açılacaqdır.

Əlaqələndirici şəxs: Afaq Əliyeva tel: 055-409-92-29

Ünvan: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 16