Xəbərlər

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə

30 Dek 2016

30.12.2016 

 

Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 29 dekabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 937 min manat (ümumi kompensasiya öhdəliyinin 98 %-i ), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 461 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 022 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96 %-dən artıq) artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 126 miyon 190 min  manatdan  artıq  kompensasiya  ödənilmişdir.

29 dekabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 270 min manat (ümumi kompensasiya öhdəliyinin 97 %-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 92 %-i) artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon 244 min manatdan artıq kompensasiya ödənilmişdir.

29 dekabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120  milyon 152 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 %-i) kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 276  min manatdan artıq kompensasiya ödənilmişdir.

29 dekabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan  əmanətçilərinə  433  milyon  957 min  manatdan artıq  kompensasiya  ödənilmişdir. Belə ki, ümumi kompensasiya öhdəliyinin 98%-i əmanətçilərə ödənilmişdir.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 721 milyon 667 min manatdan artıq kompensasiya   ödənilmişdir.