Xəbərlər

Ləğv prosesində olan QSC “BankStandard” KB -nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən BİLDİRİŞ

13 Dek 2016

13.12.2016

Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli 2-1(81)-4498/2016 saylı qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu 04.10.2016-cı il tarixdən qeyd edilən bankın Ləğvedicisi kimi fəaliyyətə başlamışdır.

Ləğvedici tərəfindən Müflis elan edilmiş banka qarşı kreditor tələblərin qeydiyyatına başlanma barədə 12 oktyabr 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində, APA informasiya agentliyinin http://az.apa.az/ saytında və digər KİV-lərdə, 12 oktyabr 2016-cı il tarixdə Vergilər qəzetində elan yerləşdirilmişdir.

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan QSC “BankStandard” KB -nin kreditorlarının tələblərinin qeydə alınmasına 12 oktyabr  2016-cı il tarixdən başlanılmış və 12 dekabr 2016-cı il tarixində başa çatdırılmışdır. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaqdır.