Xəbərlər

Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC -nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən BİLDİRİŞ

25 Noy 2016

24.11.2016

Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı Qərardadı ilə “Qafqaz İnkişaf Bankı”ASC müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu 16.08.2016-cı il tarixdən qeyd edilən bankın Ləğvedicisi kimi fəaliyyətə başlamışdır.

Ləğvedici tərəfindən Müflis elan edilmiş banka qarşı kreditor tələblərin qeydiyyatına başlanma barədə 25 avqust 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində, APA informasiya agentliyinin http://az.apa.az/ saytında və digər KİV-lərdə, 27 avqust 2016-cı il tarixdə Xalq qəzetində elan yerləşdirilmişdir.

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 27 avqust 2016-cı il tarixdən başlanılmış və 27 oktyabr 2016-cı il tarixində başa çatdırılmışdır. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaqdır.