Xəbərlər

Ləğv prosesində olan “Parabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən BİLDİRİŞ

22 Noy 2016

22.11.2016

Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1 (81)-3618/2016 saylı qərarı ilə “Parabank”ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən qeyd edilən bankların Ləğvedicisi kimi fəaliyyətə başlamışdır.

Ləğvedici tərəfindən Məcburi ləğv elan edilmiş banka qarşı kreditor tələblərin qeydiyyatına başlanma barədə 31 avqust  2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində, APA informasiya agentliyinin http://az.apa.az/ saytında və digər KİV-lərdə, 31 avqust 2016-cı il tarixdə Vergilər qəzetinin 34 (345) saylı buraxılışında elan yerləşdirilmişdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq, Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz.

 Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan “Parabank” ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 31 avqust 2016-cı il tarixdən başlanılmış və 31 oktyabr 2016-cı il tarixində başa çatdırılmışdır. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaqdır.