Xəbərlər

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə

16 Noy 2016

16.11.2016 

Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 15 noyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 786 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 256 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  27 milyon 005 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 125 miyon 070 min  manatdan artıq kompensasiya ödənilmişdir.

15 noyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 193 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 880 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon 073 min manatdan artıq kompensasiya ödənilmişdir.

15 noyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120  milyon 080 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 204 min manatdan artıq kompensasiya ödənilmişdir.

15 noyabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan  əmanətçilərinə 404 milyon 535 min  manat artıq kompensasiya ödənilmişdir.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 690 milyon 885 min manatdan artıq kompensasiya   ödənilmişdir.