Xəbərlər

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə

3 Noy 2016

03.11.2016 

 

Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 2 noyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 745 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 208 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  26 milyon 688 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 906 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 124 miyon 547 min manatdan artıq kompensasiya ödənilmişdir.

2 noyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 176 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 880 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon manatdan artıq kompensasiya ödənilmişdir.

2 noyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 117 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon manatdan artıq kompensasiya ödənilmişdir.

2 noyabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 381 milyon 525 min manat artıq kompensasiya ödənilmişdir.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 667 milyon 072 min manatdan artıq kompensasiya   ödənilmişdir.