Xəbərlər

ELAN

28 Okt 2016

28.10.2016
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Gəncəbank” ASC-nin kreditorlarının və borclularının diqqətinə çatdırır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (83)-736/2016 saylı 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan “Gəncəbank” ASC-nin ləğvedicisi “Azerbaijan International Consulting Company” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənmişdir. Qeyd edilən tarixdən etibarən ləğvedici qismində bankın adından yalnız Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsinin etdiyi hərəkətlər hüquqi qüvvəyə malikdir.

Ləğv prosesində olan “Gəncəbank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir.

Banka borcu olan şəxslər məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.

 

Fondun ünvanı:

Bakı şəhəri, Bül-Bül prospekti 40

4-cü mərtəbə

 

Əlaqə nömrələri:

(012) 596 65 91/92/93 və“941” nömrəli qaynar xətt