Xəbərlər

TƏKRAR ELAN: Sığorta hadisəsi baş vermiş QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinin diqqətinə!

27 Okt 2016

27.10.2016

Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinin  diqqətinə çatdırır ki, bankda 04 oktyabr 2016-cı il   tarixdə sığorta hadisəsi baş vermişdir. 11 oktyabr 2016-cı il tarixdən etibarən bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsinə başlanılıb. Qeyd olunan tarixdən etibarən əmanətçilər ləğv prosesində olan              QSC “Bank Standard” KB-nin filiallarına müraciət etməklə qorunan əmanətləri üzrə kompensasiyaları ala bilərlər.

Əmanətçi kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il müddətində ərizə ilə müraciət edə bilər.

Fond məlumat üçün bildirir ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi- xarici valyuta üzrə 3 % və 16 sentyabr 2016-cı il tarixdən qüvvəyə minmiş milli valyuta üzrə 15% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində (1 mart 2019-cu ilədək) tam sığortalanır.

Əlavə məlumat almaq üçün Fondun əlaqə nömrələri: (012) 596 65 91/92/93 və“941” qaynar xətt

www.adif.az