Xəbərlər

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə

27 Okt 2016

27.10.2016 

 

Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 26 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 34 milyon 582 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 51 milyon 026 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  26 milyon 136 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 858 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 114 miyon 604 min  manatdan artıq kompensasiya ödənilmişdir.

26 oktyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 140 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 876 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon 017 min manatdan artıq kompensasiya ödənilmişdir.

26 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 117 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  milyon 978 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 065 min manatdan artıq kompensasiya ödənilmişdir.

26 sentyabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan  əmanətçilərinə 348 milyon 048 min  manat artıq kompensasiya ödənilmişdir.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 623 milyon 736 min manatdan artıq kompensasiya   ödənilmişdir.