Xəbərlər

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə

14 Okt 2016

13.10.2016 

 

Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 13 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 820 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 milyon 853 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  17 milyon 977 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 849 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 104 miyon 501 min  manatdan artıq kompensasiya ödənilmişdir.

13 oktyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 milyon 869 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 846 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 15 milyon 715 min manatdan artıq kompensasiya ödənilmişdir.

13 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  milyon 977 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 038 min manatdan artıq kompensasiya ödənilmişdir.

13 sentyabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan  əmanətçilərinə 58 milyon 012 min  manat artıq kompensasiya ödənilmişdir.

 

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 323 milyon 268 min manatdan artıq kompensasiya   ödənilmişdir.