Xəbərlər

Sığorta hadisəsi baş vermiş QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinin diqqətinə!

13 Okt 2016

13.10.2016

Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinin  diqqətinə çatdırır ki, bankda 04 oktyabr 2016-cı il   tarixdə sığorta hadisəsi baş vermişdir. 11 oktyabr 2016-cı il tarixdən etibarən bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsinə başlanılıb. Qeyd olunan tarixdən etibarən əmanətçilər Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin filiallarına müraciət etməklə qorunan əmanətləri üzrə kompensasiyaları ala bilərlər.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin əmanətçilərinin sayının çox olmasını və əmanətçilər arasında sosial həssas təbəqələrin olmasını nəzərə alaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən 13.10.2016 il tarixindən etibarən 50 000 (əlli min) ABŞ dollar və 80 000 (səksən min) AZN məbləğinə qədər olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçirilir.

      Daha iri məbləğdə qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə isə yaxın günlərdə başlanılacaq və bu barədə ictimaiyyət əlavə məlumatlandırılacaq. Kompensasiyaların ödənişi ləğv prosesində olan QSC  “Bank Standard” KB-nin Baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçirilir.

Əlavə məlumat almaq üçün Fondun əlaqə nömrələri: (012) 596 65 91/92/93 və“941” qaynar xətt

www.adif.az