Xəbərlər

“Royalbank” ASC-nin kreditorlarının və borclularının diqqətinə

30 Sen 2016

29.09.2016
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan çatdırır ki, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iqt(81)-2410/2012 saylı 07 sentyabr 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan “Royalbank” ASC-nin ləğvedicisi “Azerbaijan International Consulting Company” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənmişdir. Qeyd edilən tarixdən etibarən ləğvedici qismində bankın adından yalnız Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsinin etdiyi hərəkətlər hüquqi qüvvəyə malikdir.

Ləğv prosesində olan “Royalbank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir.

Banka borcu olan şəxslər məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.

 

Fondun ünvanı:

Bakı şəhəri, Bül-Bül prospekti 40

4-cü mərtəbə

 

Əlaqə nömrələri:

(012) 596 65 91/92/93 və“941” nömrəli qaynar xətt