Xəbərlər

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə

7 Sen 2016

07.09.2016 / 9:00

Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 06 sentyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 21 milyon 933 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 40 milyon 581 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  16 milyon 434 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 758 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 81 miyon 706 min manatdan artıq kompensasiya ödənilmişdir.

06 sentyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 11 milyon 097 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 514 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 12 milyon 611 min manatdan artıq kompensasiya ödənilmişdir.

06 sentyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 554 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  milyon 709 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 144 milyon 725 min manatdan artıq kompensasiya ödənilmişdir.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 239 milyon 042 min manatdan artıq kompensasiya      ödənilmişdir.