Xəbərlər

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə

2 Sen 2016

02.09.2016 / 9:00

Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 01 sentyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 21 milyon 211 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 37 milyon 168 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  15 milyon 931 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 659 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 76 miyon 969 min manatdan artıq kompensasiya ödənilmişdir.

01 sentyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 9 milyon 371 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 419 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 10 milyon 790 min manatdan artıq kompensasiya ödənilmişdir.

01 sentyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 061 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895 min 554 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  milyon 630 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 144 milyon 586 min manatdan artıq kompensasiya ödənilmişdir.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 232 milyon 345 min manatdan artıq kompensasiya      ödənilmişdir.