Xəbərlər

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə

31 Avq 2016

31.08.2016 / 9:00

Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 30 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 21 milyon 181 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 37 milyon 112 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  11 milyon 948 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 659 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 72 miyon 902 min manatdan artıq kompensasiya ödənilmişdir.

30 avqust 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 7 milyon 350 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 231 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 8 milyon 581 min manatdan artıq kompensasiya ödənilmişdir.

30 avqust 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 061 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895 min 554 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  milyon 604 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 144 milyon 560 min manatdan artıq kompensasiya ödənilmişdir.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 226 milyon 43 min manatdan artıq kompensasiya      ödənilmişdir.