Xəbərlər

Ləğv prosesində olan “Atrabank” ASC-nin ləğvedicisi tərəfindən tələblərin qeydə alınması baradə ELAN

25 Avq 2016

25.08.2016

Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/3 saylı qərarı ilə “Atrabank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsi 11 avqust 2016-cı tarixli, 2-1(102)-1471/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 10.05.2016-cı il tarixli qərarını dəyişdirilmədən saxlamış və “Atrabank” ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmış, eləcə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli,                           2-1(81)1594/2016 saylı Qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atrabank” ASC-yə ləğvedici təyin olunmuşdur.

Bununla  əlaqədar  olaraq  müflis  elan  edilmiş  Banka  qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaqdır.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim  etməlidirlər:

– kreditorun adı ünvanı;
– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etsinlər.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.

 

Bakı şəhəri, Bül-Bül prospekti 40

4-cü mərtəbə

Əlaqə nömrələri: ( 994 12) 596 65 91/92/93 Qaynar xətt: 941