Xəbərlər

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə

25 Avq 2016

25.08.2016 / 9:00

Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 24 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20,3 milyon manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 34,1 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  9,9 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2,4 milyon manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 66,7 milyon manatdan artıq kompensasiya ödənilmişdir.

24 avqust 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 1,2 milyon manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 629 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 1,8 milyon manatdan artıq kompensasiya ödənilmişdir.

24 avqust 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895,5 min, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119,5 milyon manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 144,3 milyon manatdan artıq kompensasiya ödənilmişdir.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 212 milyon manatdan artıq kompensasiya ödənilmişdir.