Xəbərlər

Sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinin diqqətinə!

29 Iyl 2016

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, 13 avqust 2007-ci il tarixdə 29 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Dekabank”, 27 fevral 2009-cu il tarixdə 41 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Kredobank” ASC,  30 iyul  2007-ci il tarixdə 24 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Parabank” ASC,  30 iyul 2007-ci il tarixdə 23 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Zaminbank” ASC-də 25 iyul 2016-cı il tarixində sığorta hadisəsi baş vermişdir.

Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinin  diqqətinə çatdırır ki, 01 avqust 2016-cı il tarixdən etibarən müqavilə bağladıqları filiallara müraciət etməklə əmanətlərini geri ala bilərlər.

 Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər 1 avqust 2016-cı il tarixindən etibarən sığorta hadisəsi baş vermiş Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.

Fond məlumat üçün bildirir ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hərbir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən : www.adif.az əldə edə bilər, Fondla 941 saylı qaynar xətt, və ya 596 65 91/92 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.