Xəbərlər

ELAN: “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və onalara verilmiş şəhadətnamə ləğv edilmişdir

23 Iyl 2016

 22.07.2016   

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının  21 iyul  2016-cı il tarixli,16 saylı qərarı ilə “Dekabank” ASC, “Kredobank”ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq 13 avqust 2007-ci il tarixdə 29 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Dekabank”, 27 fevral 2009-cu il tarixdə 41 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Kredobank” ASC,  30 iyul  2007-ci il tarixdə 24 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Parabank” ASC,  30 iyul 2007-ci il tarixdə 23 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Zaminbank” ASC 22 iyul 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və onlara  verilmiş şəhadətnamə ləğv edilmişdir.