Xəbərlər

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ELAN

19 Iyl 2016

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin kreditorlarının nəzərinə çatdırırıq ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 77.6-cı maddəsinə uyğun olaraq, qəbul edilmiş və etiraz edilmiş kreditor tələblərinin siyahısı məhkəməyə təqdim edilmişdir və Qanunun 77.7-ci maddəsinə uyğun olaraq etiraz edilmiş tələblərlə bağlı dinləmələr 1 avqust 2016-cı il tarixində saat 11:00-da 1 Saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin inzibati binasında keçiriləcəkdir.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56