Xəbərlər

ADİF BVF-nin nümayəndə heyətini qəbul edib

12 Apr 2016

7 aprel  2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun ofisində   Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə texniki yardım missiyasının başçısı Filip Bartolomeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.

Görüş zamanı Fondun fəaliyyəti, Fond qarşısında duran əsas vəzifələr, gələcək planlar, eləcə də  BVF və Əmanətlərin Sığortalanması Fondu arasında texniki əməkdaşlıq istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.