Xəbərlər

“Texnikabank” ASC-nin əmanətçilərinə Əmanətlərin Sığortalanması Fondu tərəfindən seçilmiş Agent banklar vasitəsi ilə kompensasiya ödənişi həyata keçirilir

15 Fev 2016

15.02.2016 / 18:00

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmışdır.

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 1,1 milyondan artıq kompensasiya ödənilmişdir.

Nəzərinizə çatdırmaq istərdik ki, Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən  başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapitalbank” ASC seçilmişdir.

Agent banklardan məlumat almaq üçün qaynar xətt: