Xəbərlər

ELAN: “NBCbank” ASC-nin Şəhadətnaməsi bərpa olundu

8 Fev 2016

08.02.2016

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/3 nömrəli qərarı ilə “NBCBank” ASC-nin bank lisenziyasının ləğv olunması ilə bağlı qərarı (25 yanvar 2016-cı il tarixli, 06/3 saylı) ləğv edilmişdir.         Bununla əlaqədar olaraq "NBCBank" ASC-nin 10 sentyabr 2007-ci il tarixdə 34 nömrəli reyestr nömrəsi ilə Əmanətlərin Sığortalanması Fonduna üzv olmasını təsdiqləyən ŞƏHADƏTNAMƏ  bərpa edilmişdir.