Xəbərlər

Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin əmanətçilərinin diqqətinə!

4 Fev 2016

04.02.2016

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki,  30 iyul 2007 -cı ildən Fonda üzv olan “Gəncəbank”ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş vermişdir.

Fondun Himayəçilik Şurasının 02 fevral 2016-cı il tarixli qərarına əsasən sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapital Bank” ASC seçilmişdir.

Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 04 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılacaqdır.

Ərizə formalarını qorunan əmanətçilər 04 fevral 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin filiallarından, Agent Bankların filiallarından və www.adif.az saytından əldə edə bilər.

Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq “Gəncəbank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən agent bankların filialına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilərlər:


Sığorta hadisəsinə görə Fond tərəfindən hərbir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir. Əlavə məlumat almaq üçün Fondun əlaqə nömrələri: (012) 596 65 91/92/93 və“941” nömrəli qaynar xətt