3 Fev 2016
03.02.2016
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 saylı qərarı ilə “Gəncəbank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 28 fevral 1994-cü il tarixli, 210 saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 30 iyul 2007-ci il tarixdə 25 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Gəncəbank” ASC 25 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir.
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Fonda təqdim olunmuş 28 yanvar 2016-cı il tarixli 16-00022-2016 nömrəli məktuba əsasən “Gəncəbank” ASC -nin öhdəliklərinin yerinə yetirilməsinə moratorim tətbiq edilmişdir və bununla da “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9 maddəsinə müvafiq olaraq sığorta hadisəsinin baş verməsi və “Gəncəbank” ASC -nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Mərkəzi Bank tərəfindən təsdiq edilir.
28 yanvar 2016-cı il tarixi “Gəncəbank” ASC -də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.
Fondun Himayəçilik Şurasının 02 fevral 2016-cı il tarixli qərarına əsasən sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapital Bank” ASC seçilmişdir.
Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödəyəcək agent bankların filiallarını müəyyən etmişdir. Qorunan əmanətçilərə kompensasiyaların ödənilməsində “Gəncəbank” ASC -nin Baş ofisi, Mərkəzi şöbə və Kəpəz filialı üzrə “Rabitəbank” ASC-nin Gəncə filialı, Şəmkir filialı üzrə “Rabitəbank” ASC-nin Şəmkir filialı, Bakı şöbəsi üzrə “Unibank” ASC-nin MX bölməsi, Bərdə filialı üzrə “Kapital Bank” ASC-nin Bərdə filialı iştirak edəcək.
Məlumat üçün bildiririk ki, “Gəncəbank” ASC-nin 378 qorunan əmanətçisinə 1,5 milyon manat ekvivalentində kompensasiya ödəniləcək.
Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər 04 fevral 2016-cı il tarixindən etibarən sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin filiallarından, Agent Bankların filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.
Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 04 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılacaqdır.
Agent banklardan məlumat almaq üçün qaynar xətt: