Xəbərlər

ELAN:"Texnikabank" ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir

3 Fev 2016

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/1 saylı qərarı ilə “Texnikabank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 24.02.1994-cü il tarixli, 198 saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 30 iyul 2007-ci il tarixdə 19 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Texnikabank” ASC 03 fevral 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir.