Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu bugün 29 Yanvar 2016-cı il tarixdən“ Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

29 Yan 2016

Bugündən  etibarən Əmanətlərin Sığortalanması Fondu “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC və “Rabitə Bank” ASC seçilmişdir.

Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər 29 Yanvar 2016-cı il tarixindən etibarən sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin filiallarından, Agent Bankların filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.

Agent banklardan məlumat almaq üçün qaynar xətt:

 

         -“933”  “Muğanbank” ASC-nin qaynar xətti;

         -“133”  “Rabitə Bank” ASC-nin qaynar xətti;

 

Əlavə məlumat üçün:

         -Fondun rəsmi internet saytından   www.adif.az;

         - Fondun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisi;

         -“941”Fondun qaynar xətti.

Nəzərinizə çatdırmaq istərdim ki, Fond əmanətçilərin ərizələrini 29 Yanvar 2016-cı il tarixdən başlayaraq bir il ərzində qəbul edir.

Müraciət  edən əmanətçilərin sənədləri qaydasında olduğu təqdirdə həmin şəxslərə operativ şəkildə kompensasiya ödəniləcək.

Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq “Bank of Azerbaijan” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən agent bankların filialına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilərlər: