Xəbərlər

ELAN: “Qafqaz İnkişaf Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir.

28 Yan 2016

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli,  07/1  saylı qərarı ilə "Qafqaz İnkişaf Bankı" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş  07.04.1997-ci il tarixli, 242  saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 10 sentyabr 2007-ci il tarixdə 33 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Qafqaz İnkişaf Bankı" ASC 28 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir.