Xəbərlər

ELAN: “NBCbank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir.

27 Yan 2016

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli,  06/3  saylı qərarı ilə "NBCbank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş  30.12.1992-ci il tarixli, 112  saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 10 sentyabr 2007-ci il tarixdə 34 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "NBCbank" ASC 27 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir.