Xəbərlər

ELAN: “Yunayted Kredit Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir.

27 Yan 2016

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli,  06/1  saylı qərarı ilə "Yunayted Kredit Bank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş  30.04.1996-cı il tarixli, 240  saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 07 avqust 2007-ci il tarixdə 27 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Yunayted Kredit Bank" ASC 27 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir.