Xəbərlər

"Bank of Azerbaijan" ASC - Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir!

19 Yan 2016

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli, 04 saylı qərarı ilə “Bank of Azerbaijan” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 01.12.1993-cü il tarixli, 166 saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 30 iyul 2007-ci il tarixdə 8 nömrəli qeydiyyat nömrəsi ilə Fonda üzv olan “Bank of Azerbaijan” ASC 19 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir.