Xəbərlər

Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol - 2-ci mərhələ.

23 Dek 2015

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Əmanətlərin Sığortalanması Fondu və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində tələbələr üçün “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimin davamı olaraq  18 dekabr, 2015-ci il tarixində Fond nümayəndələri tərəfindən müsabiqənin  2-ci mərhələsinə keçən tələbələr üçün “Əmanətlərin sığortalanması” mövzusunda sessiya keçirildi. Budəfəki təlim də tələbələr tərəfindən maraqla dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı. Sonda tələbələrə Əmanətlərin Sığortalanması Fondunun buklet, flayerləri və xüsusi hədiyyələri paylanıldı.

Layihəni uğurla başa vurmuş tələbələr arasından 2 nəfər Əmanətlərin Sığortalanması Fondunda təcrübəçi olmaq imkanını əldə edəcək.