Xəbərlər

İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə Regional nümayəndələri və Fond nümayəndələri arasında görüş keçirildi

17 Dek 2015

15 dekabr 2015-ci iltarixində Əmanətlərin Sığortalanması Fondunun ofisində İsveçrə Əməkdaşlıq Ofisinin Cənubi Qafqaz üzrə Regional Direktor müavini xanım Simona Haberli və Milli Proqram Rəhbəri cənab Elxan Mikayılov,  İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) Proqram üzrə Meneceri cənab Reto Veyerman və Makroiqtisadi Yardım şöbəsinin Direktorunun müavini cənab Yonas Frankla Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri arasında görüş keçirildi.

Görüş zamanı qonaqlar Fondun fəaliyyəti, kompensasiyaların ödənilməsi proseduru, proqram təminatı,əhalinin Fond haqqında məlumatlandırılması işi ilə yaxından tanış oldular. Eyni zamanda görüşdə iştirak edən nümayəndə heyəti ilə Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri arasında Fondun strateji hədəfləri, gələcək inkişaf istiqamətləri barədə müzakirələr aparıldı, qarşı tərəfi maraqlandıran suallar cavablandırıldı.