Xəbərlər

“Caspian Development Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv oldu

4 Fev 2015

“Caspian Development Bank” Açıq Səhmdar Cəmiyyəti 04 Fevral 2015-ci il tarixdən Əmanətlərin Sığortalanması Fonduna üzv oldu. Bununla da Fonda üzv olan bankların sayı 43-ə çatdı.

Əmanətlərin Sığortalanması Fonduna üzv olan hər bir banka Fondun şəhadətnaməsi verilir və bu “Şəhadətnamə”lər banklarda əmanətçilərə xidmət göstərilən yerlərdə asılır.

İştirakçı bankların Azərbaycan ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki,                           24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12 %-dir.

Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.

Məlumat üçün bildiririk ki,Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən qorunan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 000 manat məbləğində kompensasiya ödənilir.