Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Dövlət İqtisad Universitetində seminar keçirdi.

30 Dek 2014

22 dekabr 2014-cü il tarixində Əmanətlərin Sığortalanması Fondunun əməkdaşı Təhlil və risklərin idarə edilməsi üzrə baş iqtisadçı Elçin Niftiyev Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə görüşdü. Görüş zamanı tələbələrə əmanət növləri, əmanət yerləşdirmənin faydaları, Əmanətlərin sığortalanması sistemi Azərbaycanda və ümumi olaraq Fondun fəaliyyəti mövzuları ətrafında geniş məlumatlar verildi. Sonda tələbələri marağlandıran suallar cavablandırıldı və həyat əmanətlərin sığortalanması sistemi ilə bağlı rastlaşdıqları problemlər müzakirə oludu.

Məlumat üçün bildirmək istərdik ki, bu cür seminarlar mütəmadi olaraq digər Universitetlərin tələbələri ilə də keçiriləcək.