Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu Yapı Kredi Akademiyasında keçirilən “Xidmətdə Mükəməllik” seminarında iştirak edib.

14 Noy 2013

Mərkəzi Bankın təşkilatçılığı və Yapı Kredi Akademiyasının dəstəyi ilə 7-8 noyabr 2013-cü il tarixlərində “Xidmətdə Mükəməllik” mövzusunda seminar keçirilmişdir. Seminarın məqsədi bankın əməkdaşlarının banka müraciət edən müştərilərə göstərdiyi xidmətin keyfiyyətini artırmaq və əməkdaşlarla müştərilər arasında ünsiyyəti mükəməlləşdirməkdir.

Seminarda Əmanətlərin Sığortalanması Fondunun əməkdaşı Təhlil və risklərin idarə edilməsi üzrə baş iqtisadçı Elçin Niftiyev də çıxış edərək Əmanətlərin Sığortalanması Fondu və əmanətlərin sığortalanması sistemi haqqında ümumi məlumat verdi. Daha sonra əmanətçilər tərəfindən tez-tez verilən suallara və əmanətçilərin banklara müraciəti zamanı onlara məlumatın necə çatdırılması məqamlarına toxunuldu. Sonda bank əməkdaşlarının əmanətlərin sığortalanması sistemi haqqında sualları cavablandırıldı.

Seminarda ümumi olaraq 15 bank iştirak etdi. İştirakçıların hər birinə treyninqin sonunda sertifikatlar təqdim olundu. Öz növbəsində seminarda iştirak edən bankların əməkdaşları seminardan razı qaldıqlarını və bu konteksdə seminar və təlimlərin mütamadi keçirilməsini arzuladıqlarını bildirdilər.