Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Royal Bank” ASC-nin əmanətçilərinə qorunan əmanətləri üzrə kompensasiya ödənişinə başlamasından artıq 60 gün keçib.

2 Okt 2012

Əmanətlərin Sığortalanması Fondu 1 avqust 2012-ci tarixindən etibarən “Royal Bank” ASC-nin qorunan əmanətçilərinə agent banklar (“Bank Respublika” ASC, “Muğanbank” ASC və “AG Bank” ASC)  vasitəsi ilə kompensasiya ödəyir.

“Royal Bank” ASC-nin  qorunan  əmanətlərinin  ümumi miqdari 26 731 min manat məbləğindədir ki, bu əmanətlərin 14 718 min manat-ı kompensasiya edilecek. Bu günə qədər ümumilikdə isə kompensasiya olunan əmanətlərin 12 262 min manatı əmanətçilərə ödənilmişdir və tam olaraq bu məbləğ kompensasiya olunan əmanətlərin 83 %-ni və qorunan əmanətin isə 46%-ni təşkil edir.