Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Royal Bank” ASC-nin əmanətçilərinə qorunan əmanətləri üzrə kompensasiya ödənişinə başlamasından artıq 35 gün keçib.

10 Sen 2012

Əmanətlərin Sığortalanması Fondu 1 avqust 2012-ci tarixindən etibarən “Royal Bank” ASC-nin qorunan əmanətçilərinə agent banklar (“Bank Respublika” ASC, “Muğanbank” ASC və “AG Bank” ASC)  vasitəsi ilə kompensasiya ödəyir.

“Royal Bank” ASC-nin 7067 qorunan  əmanətçisinə ümumilikdə 14 658 min manat kompensasiya ödəniləcək.

05 sentyabr 2012-ci il tarixinə 1162 qorunan əmanətçiyə 11 723 min manat kompensasiya ödənilib .O cümlədən:.

  • Qorunan əmanəti olan 1080 rezident əmanətçiyə  8 342 min. manatla, 3 094 min ABŞ dolları və 68 min  avroda kompensasiya  ödənilmişdir.
  • Qorunan əmanəti olan 82 qeyri-rezident əmanətçiyə   213 min manatla, 781 min. ABŞ dolları  və 60 min avroda kompensasiya ödənilmişdir.

Məlumat üçün bildiririk ki, kompensasiya almaq üçün müraciət  edən qorunan əmanətçilərin sənədləri qaydasında olduğu təqdirdə həmin şəxslərə operativ şəkildə kompensasiya ödənilir.

Kompensasiya verilməsi üçüm qorunan əmanətçilərdən  ərizələrin qəbulu 20 iyul 2013-cü il tarixinə qədər davam edəcəkdir.