Xəbərlər

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun təşkilati dəstəyi ilə Depozitlərin Sığortalanması Fondlarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin 5-ci illik konfransı keçirilmişdir.

3 Sen 2012

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun təşkilati dəstəyi ilə Depozitlərin Sığortalanması Fondlarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin 5-ci illik konfransı və “Avrasiya Regional Komitəsi ölkələrində əmanətlərin sığortalanması sistemlərinin əsas prinsiplərə uyğunluğunun qiymətləndirilməsi” mövzusunda seminar keçirilmişdir.

27-28 avqust 2012-ci il tarixlərində Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun təşkilatı dəstəyi ilə “Jumeirah Bilgah Beach Hotel”də Depozitlərin Sığortalanması Fondlarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin 5-ci illik konfransı və “Avrasiya Regional Komitəsi ölkələrində əmanətlərin sığortalanması sistemlərinin əsas prinsiplərə uyğunluğunun qiymətləndirilməsi” mövzusunda seminar keçirilmişdir.

Seminarda Depozitlərin Sığortalanması Fondlarının Beynəlxalq Assosiasiyasının, Avrasiya Regional Komitəsinə üzv olan MDB ölkələrinin maliyyə qurumlarının nümayəndələri, əmanətlərin sığortalanması təşkilatlarının sədrləri və nümayəndələri iştirak etmişdir.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadov çıxış edərək tədbiri açıq elan etmişdir. Seminarda Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Rəşad Orucovun, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun və digər ölkələrin maliyyə qurumlarının rəhbərləri və nümayəndələrinin çıxışları dinlənilmişdir. Seminarda ABŞ-ın Federal Əmanətlərin Sığortalanması Korporasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Vijay Deshpande, Depozitlərin Sığortalanması Fondlarının Beynəlxalq Assosiasiyasının baş katibi Karlos Isoard həmçinin, İsveçrə, Malayziya, Rusiya Federasiyası, Xorvatiya, Qazaxıstan, Ukrayna, Belarusiya, Qırğızıstan, Tacikistan və s. ölkələrin “Avrasiya Regional Komitəsi ölkələrində əmanətlərin sığortalanması sistemlərinin əsas prinsiplərə uyğunluğunun qiymətləndirilməsi” mövzusunda təcrübələri barədə məlumat verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.