Xəbərlər

"Royal Bank" ASC - Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir

7 Iyl 2012

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli, 17 saylı qərarı ilə “Royalbank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 02.08.1993-cü il tarixli, 158 saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 07 avqust 2007-ci il tarixdə 18 nömrəli qeydiyyat nömrəsi ilə Fonda üzv olan “Royal Bank” ASC 16 iyul 2012-ci il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir.