Xəbərlər

Əmanətlərin Sığortalanması Fondunun kompyüter şəbəkəsinin beynəlxalq şəbəkəyə çıxışının təminatı üçün internet provayderin seçilməsi və fiber optik xəttin çəkilişi işlərinin satınalması

5 Iyn 2012

Kotirovka Sorğusunun əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən almaq olar.

Kotirovka təklifləri qapalı zərfdə, imzalanıb və möhürlənərək, Əmanətlərin Sığortalanması Fondu, Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanına 12 iyun 2012-ci il tarixə saat 11:00-a qədər əlaqələndirici şəxsə təqdim olunmalıdır. Zərflər 12 iyun 2012-ci il saat 15:00-da Fondun ofisində açılacaqdır. İddiaçıların nümayəndələri səlahiyyətlərini təsdiq edən sənədi və ya vəkalətnaməni ən geci 12 iyun 2012-ci il tarixdə saat 11:00-a qədər əlaqələndirici şəxsə təqdim etməklə zərflərin açılışında iştirak edə bilərlər.

Sorğu ilə bağlı əlavə məlumat almaq üçün 596-65-91/92 nömrəli  telefonla əlaqələndirici şəxs Elçin Tağıyevə müraciət etmək olar.