Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu 2012-ci ilin I rübünü başa vurdu

1 May 2012

Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan I rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 1 838 min AZN, 1 584 min ABŞ dolları, 188 min Avro təşkil edir. İştirakçı bankların sayı 43-dür. 

Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 45,4 mln.  AZN təşkil edir.

Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 4 246 mln.  AZN, qorunmayan əmanətlər 1 622 mln. AZN, qorunan əmanətlər isə 2 624 mln. AZN təşkil edir.

Qorunan əmanətçilərin sayı 5 972 min 947 nəfərdir.

01 iyun  2010- cu il  tarixdən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.