Xəbərlər

"Effektiv əmanətlərin sığortalanması sisteminin əsas prinsipləri"nə uyğunluğunun qiymətləndirilməsi üzrə seminar keçirilib

6 Mar 2012

2-3 mart 2012-ci il tarixlərində Bakıda, Əmanətlərin Sığortalanması Fondunun ofisində USAID-nin "Partners for Financial Stability" proqramı çərçivəsində təşkil edilən və maliyyələşdirilən, ƏSF-nin Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyası (İADİ) və Bank Nəzarəti üzrə Bazel komitəsinin "Effektiv əmanətlərin sığortalanması sisteminin əsas prinsipləri"nə uyğunluğunun qiymətləndirilməsi üzrə seminar keçirilib.

2-3 mart 2012-ci il tarixlərində Bakıda, Əmanətlərin Sığortalanması Fondunun ofisində USAID-nin "Partners for Financial Stability" proqramı çərçivəsində təşkil edilən və maliyyələşdirilən, ƏSF-nin Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyası (İADİ) və Bank Nəzarəti üzrə Bazel komitəsinin "Effektiv əmanətlərin sığortalanması sisteminin əsas prinsipləri"nə uyğunluğunun qiymətləndirilməsi üzrə seminar keçirilib. Seminarın keçirilməsində məqsəd əmanətlərin sığortalanması sisteminin effektivliyinin artırılması və əsas prinsiplərə uyğunlaşdırılması ilə bağlı ekspert tövsiyələrinin verilməsindən ibarətdir.

Seminarda USAİD-in "Partners for Financial Stability" proqramının komissiya rəhbəri Lesli Sulenta, qiymətləndirici ekspertlər Olef Hartenfels, Byörn Kristian Stein, Yan Filip Nolte, ƏSF-nin icraçı direktoru Azad Cavadov və Fondun əməkdaşları iştirak edib. Seminar ƏSF-nin icraçı direktoru Azad Cavadovun nitqi ilə açıq elan edilib və ekspertlərlə birgə ƏSF-nin fəaliyyəti, funksiyaları və qanunvericiliklə bağlı məsələlər müzakirə olunaraq əsas prinsiplərə uyğunluğunun qiymətləndirilməsi həyata keçirilib. Seminarın sonunda ekspertlər tərəfindən Fondun fəaliyyətinin effektivliyinin artırılması və əsas prinsiplərə uyğunlaşdırılması ilə bağlı tövsiyələr verilib.

Əsas prinsiplər Bank Nəzarəti üzrə Bazel Komitəsinin, Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyası (İADİ) tərəfindən Avropa Komissiyasının, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının və Əmanət Sığortaçılarının Avropa Forumunun köməkliyi ilə  hazırlanmış və 2009-cu ildə qəbul edilmişdir.

 

Fotolar