Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu 2011-ci ilin III rübünü başa vurdu

27 Okt 2011

Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan III rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 1 308 min AZN, 1 453 min ABŞ dolları, 193 min Avro təşkil edir. İştirakçı bankların sayı 43-dür. 

Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 39,3  mln.  AZN təşkil edir.

Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 3 539 mln. AZN, qorunmayan əmanətlər 1 414 mln. AZN, qorunan əmanətlər isə 2 125 mln. AZN təşkil edir.

Qorunan əmanətçilərin sayı 5 mln. 542 min 397 nəfərdir.

01 iyun 2010-cu il tarixdən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.